MClub Ke'ilu

 

Ilk növbədə MСlub Ke’ilunun  klubun yaranma tarixi haqqında danışmaq istəyirəm. Bu klub ASEUnun (Azerbaijan State Economic University) 2 ci korpusunda yerləşən Kommersiya fakültəsində 394cü qrup uşaqları tərəfindən dəstəklənərək Absəlimov İlkin və Əliyev Fariz tərəfindən təşkil olunub. Klubun adı sizə bir qədər qeyri taniş gəlir. Keilu yahudi sözü olub “təəssürat” ingiliscə impression kimi tərcümə olunur. TƏƏSSÜRAT klubu ilk dəfə olaraq biz tərəfdən deyil bir yahudi biznesmeni tərəfindən yaradılmışdır. Həmin businessman eyni adlı cafe açır və burada insanlara heç bir yemək-içmək təklif edilmir. Göstərilən xidmətin əsas mahiyyəti insanları buraya cəlb edərək onlar arasında söhbət (conversation) təşkil etməkdən ibarət idi.Buraya gələn insanlar da əsasən özlərinə diqqət cəlb etməyə çalışırdılar. Hər bir Keilu müştərisi həftənin ara günləri 3 dollar bazar günləri isə 6 dollar pul ödəyirdilər.

İndi bizim də, əsas məqsədimiz hər bir iştirakçınin özünə diqqət cəlb etməsi hissini aşılamaqdır. Yəni Keilu iştirakçıları bunu yalnız və yalnız lazımı səviyyədə hazır olmaqla və ya gözlənilənlərdən daha artığını nümayiş etdirməklə edə bilərlər.

MClub Keilu haqqında əlavə məlumat almaq istəyənlər qeyd olunan nomrəyə zəng edə və ya e-mailə yaza bilərlər. Bizim Discussion-larımız hər həftənin 4-cü günləri ASEUnun 2ci korpusunda yerləşən Kommersiya fakültəsinin 210cu Marketing Tədris Lobaratoriyasının otağında olur. Saat isə bir həftə 12 00-da bir həftə isə 13 30-da olurş Bunu dəqiq bilmk üçün biz hər həftə satda bunu göstərəcəyik. Keiluya gəlməzdən əvvəl saytımıza daxil olub vaxtı öyrənin. Vaxtı ya birbaşa saytdan və a saytimizda olan forumdan öyrənə bilərsiniz.